16:39 / 28-11-2024
Sabah qar yağacaq
İran ballistik raketləri sınaqdan keçirib
Tarix: 16-01-2021 21:27 | Bölmə: Dünya
İran ballistik raketləri sınaqdan keçirib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hind okeanında ballistik raketlərin hədəflərə zərbə endirilməsi üzrə sınağını keçirib.

“İnterfaks”ın məlumatına görə, İran hərbçiləri qeyd ediblər ki, atışlarda 1,8 min kilometr məsafədəki hədəflərə zərbə endirmiş müxtəlif növ raketlər tətbiq edilib.

"Bizim əsas döyüş tapşırıqlarımızdan biri təyyarədaşıyanlar da daxil olmaqla, düşmən gəmilərinə zərbə endirməyə qadir olmaqdır", - İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Hüseyn Salami bildirib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər