Sovet İttifaqı qəhrəmanı olan deputat koronavirusdan öldü
Tarix: 17-01-2021 14:38 | Bölmə: Dünya
Sovet İttifaqı qəhrəmanı olan deputat koronavirusdan öldü

Sovet İttifaqı qəhrəmanı, Rusiya Hərbi Hava Qüvvələrinin keçmiş baş komandan müavini, Dövlət Dumasının deputatı, istefada olan general-polkovnik Nikolay Antoşkin koronavirusdan vəfat edib.

Reyting.az
-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, Antoşkin xəstəxanada keçinib.

“Vahid Rusiya” partiyasının Dövlət Dumasındakı fraksiya rəhbəri Sergey Neverov general-polkovnikin ölümündən az əvvəl COVID-19-a yoluxduğunu təsdiqləyib.

Nikolay Antoşkin 19 dekabr 1942-ci ildə anadan olub, hərbi pilot idi. 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasındakı (AES) qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib. Xidmətinə və qəhrəmanlığına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1998-ci ildə təqaüdə çıxıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}