Rusiyanın müxalifət lideri saxlanılıb - Foto
Tarix: 17-01-2021 22:56 | Bölmə: Dünya
Rusiyanın müxalifət lideri saxlanılıb

Rusiyalı müxalifət lideri Aleksey Navalnı müalicə olunduğu Almaniyadan Rusiyaya qayıdıb.

“RİA Novosti”nin məlumatına görə, Navalnının olduğu təyyarə “Şeremetyevo” hava limanında yerə enib.

Hava limanında A. Navalnı Rusiyanın Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun 29 dekabr 2020-ci il tarixdən axtarışda olduğu bildirilir.

Qeyd olunur ki, Navalnıya qarşı məhkəmə tərəfindən əlavə həbs qətimkan tədbiri seçilə bilər. Məhkəmənin qərarı çıxana qədər A. Navalnının həbsdə saxlanacağı bildirilir.



Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}