16:39 / 28-11-2024
Sabah qar yağacaq
Bayden Donald Trampı əfv edə bilər
Tarix: 19-01-2021 11:45 | Bölmə: Dünya
Bayden Donald Trampı əfv edə bilər

ABŞ-ın yeni seçilən prezidenti Cozef Bayden hazırkı dövlət başçısı Donald Trampı impiçmentdən sonra belə əfv edə bilər.

"RİA Novosti” xəbər verir ki, bunu Nebraska ştatının Hüquq kollecinin Konstitusiya hüququ üzrə professoru Cozefin Potuto bildirib.

“ABŞ-ın yeni seçilən prezidenti Cozef Bayden hazırkı prezident Donald Trampı impiçmentdn sonra belə gərginliyi azaltmaq üçün əfv edə bilər. Bu zaman o, dövlət postu tuta bilməməsi üçün Trampa tətbiq edilən qadağalara toxunmamalıdır”, - professor deyib.

Qeyd edək ki, Konqresin Nümayəndələr Palatası artıq D.Trampa impiçment göstərilməsi barədə qətnamə qəbul edib. Bu qətnamənin həyata keçirilməsi üçün Senatın da sənədi təsdiqləməsi tələb olunur.

Xatırladaq ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 79 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib. Buna baxmayaraq, D.Tramp seçkilərdə saxtakarlığın olduğunu açıqlayaraq nəticələri tanımayıb. Bunun fonunda ABŞ-ın bir sıra ştatlarında hazırkı prezidentin tərəfdarları nümayişlər keçirməyə başlayıb.

Yanvarın 6-da Vaşinqtonda keçirilən böyük mitinq isə iğtişaşa çevrilib. Donald Trampın tərəfdarları Konqres binasına basqın edib. Bu zaman 5 vətəndaş həlak olub, 14 polis yaralanıb. Vətəndaşlardan biri polisin açdığı atəş nəticəsində ölüb.

Paytaxtda qarışıqlıq düşəndən sonra Donald Tramp başda Cozef Bayden olmaqla digər siyasətçilərin təzyiqi altında tərəfdarlarına videomüraciət edib. O, müraciətdə seçki nəticələrinin oğurlandığını, lakin bununla belə zorakılığa yol verilməməsinin vacibliyini vurğulayıb.

Yanvarın 7-də ABŞ konqresinin hər iki palatasının - Senat və Nümayəndələr palatasının birgə keçirilən iclasında Cozef Baydenin prezident seçkilərindəki qələbəsi təsdiqlənib. Donald Tramp isə, öz növbəsində, yanvarın 20-da hakimiyyəti dinc yolla ötürəcəyini açıqlayıb. Sabah C.Baydenin prezident kimi and içəcəyi gözlənilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər