Paşinyanın xanımı Anna Akopyan və qızları Moskvadadır
Tarix: 20-01-2021 16:38 | Bölmə: Dünya
Paşinyanın xanımı Anna Akopyan və qızları Moskvadadır

“Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan qızları ilə birlikdə Moskvadadır”.

Reyting.az
xəbər verir ki, bu məlumatı Anna Akopyanın qardaşı, hakim “Mənim addımın” fraksiyasının deputatı Qarçia Akopyan deyib.

O, əlavə edib ki, Anna Akopyan Moskvada işgüzar səfərdədir.

Nikol Paşinyanın qaynı bacısının Moskvaya mənzil almaq üçün getməsi barədə iddiaları rədd edib.

Deputat, Nikol Paşinyanın oğlu Aşot Paşinyanın Moskvada olması haqda iddiaları yalan olduğunu bildirib.

Qeyd edək ki, son günlər sosial şəbəkənin erməni seqmentində Paşinyanın xanımı və övladlarının Moskvaya getdiyi, buradan mənzil almaq niyyətində olduğuna dair söz-söhbətlər gəzirdi. Hətta iddia edilirdi ki, Paşinyanın xanımı Rusiya vətəndaşlığı almaq niyyətindədir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}