14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Yeni prezident ilk fərmanlarını imzalayıb
Tarix: 21-01-2021 09:08 | Bölmə: Dünya
Yeni prezident ilk fərmanlarını imzalayıb

ABŞ prezidenti Co Bayden 100 gün müddətində tibbi maska taxılması ilə bağlı fərman imzalayıb.

Bu barədə məlumatı “RİA Novosti” Ağ Evə istinadla yayıb.

Fərmana əsasən, federal binalarda və federal ərazilərdə tibbi maska taxılması zəruri hesab edilir və sosial məsafənin gözlənilməsi tələb olunur.

Baydenin digər fərmanı ABŞ-ın Meksika ilə sərhəddə inşa edilmiş divarla bağlı olub.

Fərmanda göstərilib ki, sözügedən ölkə ilə sərhəddə xüsusi fövqəladə vəziyyət ləğv edilsin.

Qeyd edək ki, Tramp Administrasiyası miqrantların ölkəyə qanunsuz girişinin qarşısını almaq məqsədilə Meksika ilə sərhəd boyunca divar inşa etdirmişdi. Bu günədək 727 km uzunluğunda çəkilən səddin inşasına 8 milyard dollarlıq vəsait xərclənmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}