16:39 / 28-11-2024
Sabah qar yağacaq
Gürcüstanda “komendant saatı” martın 1-dək qüvvədə qalacaq, aviareyslər isə bərpa olunur
Tarix: 22-01-2021 14:20 | Bölmə: Dünya
Gürcüstanda “komendant saatı” martın 1-dək qüvvədə qalacaq, aviareyslər isə bərpa olunur

Gürcüstan fevralın 1-dən müntəzəm aviareysləri bərpa edəcək.

Bu barədə ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Qurumlararası Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, uçuşlar bütün tibbi protokollar və təhlükəsizlik qaydalarına riayət edilməklə baş tutacaq.

Nazir qeyd edib ki, aviareyslərin bərpası ölkənin turizm imkanlarından istifadə edilməsi baxımından böyük önəm daşıyır.

N. Turnava bundan başqa, hökumətin müxtəlif ölkələrdən olan ziyarətçilərin Gürcüstana daxil olma rejiminin sadələşdirilməsi barədə düşündüyünü də vurğulayıb/APA.

Məlumata görə, Gürcüstanda xüsusi karantin rejimi dövründə tətbiq olunan “komendat saatı” martın 1-dək qüvvədə saxlanılacaq.

Bu barədə Gürcüstan baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili brifinqdə bildirib.

Onun sözlərinə görə, həmin tarixədək ölkə ərazisində nəqliyyat vasitələri və piyadaların saat 21:00-dan saat 05:00-dək hərəkəti qadağan olunacaq/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər