17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Əcnəbi vətəndaşların Gürcüstana daxil olması asanlaşdırılacaq
Tarix: 22-01-2021 14:24 | Bölmə: Dünya
Əcnəbi vətəndaşların Gürcüstana daxil olması asanlaşdırılacaq

Xarici ölkə vətəndaşlarının Gürcüstana daxil olması qaydalarının sadələşdiriləcəyi gözlənilir.

Bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, müxtəlif ölkələrdən Gürcüstana səfər edənlərin ölkə ərazisinə daxil olma rejiminin asanlaşdırılması ilə bağlı müzakirələr aparılır: “Ümid edirik ki, yaxın gələcəkdə - yaz mövsümündə bütün qaydalara əməl olunmaqla çox sayda əcnəbi ziyarətçiləri qəbul edə biləcəyik. Gələn həftə turoperatorlar və turizm şirkətlərinin nümayəndələri ilə səfərlərin təhlükəsizliyinin təmin olunması ilə bağlı görüş nəzərdə tutulub”.

Qeyd edək ki, fevralın 1-dən Gürcüstanda bütün istiqamətlər üzrə müntəzəm aviauçuşlar bərpa olunacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}