Gürcüstan prezidenti NATO Baş katibi ilə görüşüb
Tarix: 22-01-2021 17:32 | Bölmə: Dünya
Gürcüstan prezidenti NATO Baş katibi ilə görüşüb

Gürcüstan Prezidenti Salome Zurabişvili NATO Baş katibi Yens Stoltenberq ilə görüşüb.

Bu barədə NATO Baş katibi “Twitter”də bildirib.

“Vacib tərəfdaş olan Gürcüstanın Prezidenti Salome Zurabişvili ilə görüşmək xoşdur. Mən əməkdaşlığımızın daha da dərinləşəcəyini səbirsizliklə gözləyirəm. NATO Gürcüstandakı islahatları, bu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”, - deyə Yens Stoltenberq qeyd edib.

Qeyd edək ki, görüş Gürcüstan Prezidentinin Brüsselə səfəri çərçivəsində baş tutub/APA.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}