16:39 / 28-11-2024
Sabah qar yağacaq
Baydenin andiçmə mərasimini qoruyan 200 hərbçidə COVID-19 aşkarlanıb
Tarix: 23-01-2021 13:16 | Bölmə: Dünya
Baydenin andiçmə mərasimini qoruyan 200 hərbçidə COVID-19 aşkarlanıb

ABŞ-ın yeni seçilən prezidenti Cozef Baydenin andiçmə mərasimində təhlükəsizliyi təmin edən Milli Qvardiyanın 200 əməkdaşına COVID-19 diaqnozu qoyulub.

Bunu ABŞ Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşları “Wall Street Journal”a bildiriblər.

Məlumata görə, virusun kütləvi yayılmasına səbəb hərbçilərin sosial məsafə gözləmədən qeyri-gigiyenik şəraitdə fəaliyyət göstərmələri olub.

Qeyd edək ki, Milli Qvardiya hərbçilərinin Konqresin duracağında yatdıqlarını əks etdirən şəkillər böyük müzakirələrə səbəb olub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər