17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Əfqanıstanda “Taliban” hərbçilərə hücum etdi, ölən və yaralananlar var
Tarix: 24-01-2021 17:15 | Bölmə: Dünya
Əfqanıstanda “Taliban” hərbçilərə hücum etdi, ölən və yaralananlar var

Əfqanıstanda təhlükəsizlik qüvvələri ilə "Taliban" hərəkatının döyüşçüləri arasında baş verən silahlı toqquşma nəticəsində bir neçə hərbçi yaralanıb.

Bu barədə “Anadolu” agentliyi xəbər verir ki, hadisə ölkənin şimalında, Balh əyalətində, Şolqere rayonunda olub. “Taliban” döyüşçüləri blokposta hücum ediblər, atışma nəticəsində altı hərbçi xəsarət alıb.

Silahlı toqquşma nəticəsində həmçinin “Taliban”ın beş döyüşçüsü öldürülüb, daha üç nəfər yaralanıb.

"Taliban" hücumla bağlı hər hansı açıqlama verməyib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}