Sutka ərzində dünyada 13 688 nəfər koronavirusdan ölüb
Tarix: 25-01-2021 00:05 | Bölmə: Dünya
Sutka ərzində dünyada 13 688 nəfər koronavirusdan ölüb

Dünyada koronavirusdan ölənlərin sayı 2,11 milyonu ötüb.

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına görə, ötən sutka ərzində 577 301 nəfər yeni koronavirusa yoluxub, 13 688 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 97 464 094, ölənlərin isə 2 112 689 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}