Gürcüstanda Aİ və NATO-ya üzvlüyü dəstəkləyənlərin sayı artıb
Tarix: 25-01-2021 13:05 | Bölmə: Dünya
Gürcüstanda Aİ və NATO-ya üzvlüyü dəstəkləyənlərin sayı artıb

Gürcüstanda rəyi soruşulanların 80%-i ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünün tərəfdarıdır.

Bu, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusu nəticəsində məlum olub.

Gürcüstan hökumətinin NATO-ya üzvlük məqsədini isə respondetlərin 74%-i müsbət qiymətləndirib.

NDI-nin ötən ilin iyununda apardığı araşdırmaya əsasən, Aİ-yə inteqrasiyanı sorğuda iştirak edənlərin 76%-i, NATO-ya inteqrasiyanı isə 69%-i dəstəkləyib.

Qeyd edək ki, sorğu 2020-ci ilin 17-24 dekabr tarixində keçirilib və telefonla müsahibə yolu ilə 2 053 nəfərin rəyi öyrənilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}