16:39 / 28-11-2024
Sabah qar yağacaq
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
Tarix: 25-01-2021 13:58 | Bölmə: Dünya
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək.

“Reuters”in verdiyi xəbərə görə, Aleksey Navalnının sərbəst buraxılması tələbi ilə Rusiyada keçirilən etiraz aksiyalarında 3000-dən çox adamın saxlanılmasından sonra Aİ Rusiyaya qarşı yeni sanksiyalara baxacaq.

Bu gün Brüsseldə keçiriləcək Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edən Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib ki, Aİ baş verənlərin qəbuledilməz olması barədə çox aydın və qətiyyətli mesaj verməlidir. O, həmkarlarına rusiyalı rəsmilərə qarşı daha çox sanksiya tətbiq edilməsi ilə bağlı çağırış edib.

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell qeyd edib ki, baş verənlər hadisələr, o cümlədən həbslər Aİ-ni çox narahat edir.

Qeyd edək ki, Aİ 2014-cü il Krımın Rusiya tərəfindən ilhaqından sonra bu ölkənin enerji, maliyyə və silah sektoruna qarşı sanksiyalar tətbiq edib.

Bu ilin avqustunda isə A. Navalnının zəhərlənməsindən sonra rusiyalı rəsmilərə qarşı sanksiyalar tətbiq edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər