16:39 / 28-11-2024
Sabah qar yağacaq
Avropa İttifaqı Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanımır
Tarix: 25-01-2021 17:24 | Bölmə: Dünya
Avropa İttifaqı Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanımır

Avropa İttifaqı (Aİ) artıq Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanımır.

Bu barədə Aİ-nin bəyanatında bildirilib.

Qeyd olunub ki, Xuan Quaydo və digər müxalifət təmsilçiləri vacib aktyorlar və imtiyazlı tərəflərdir, lakin Venesuelada keçirilən seçkilərdən sonra parlamentin spikeri vəzifəsini itirən X. Quaydo qanuni lider kimi tanına bilməz.

Xatırladaq ki, 2018-ci ildə Venesuelada keçirilən mübahisəli prezident seçkilərindən sonra Qərb ölkələri parlament lideri X. Quaydonu müvəqqəti prezident kimi tanıyıb. ABŞ-da və Böyük Britaniyada X. Quaydo hələ də qanuni lider kimi qəbul olunur. Müvəqqəti prezident statusu X. Quaydoya hazırkı prezident Nikolas Maduronun Qərb hökumətləri tərəfindən dondurulmuş vəsaitinə giriş, üst səviyyəli rəsmilərlə görüşmək imkanı, yerli və beynəlxalq miqyasda dəstək təmin edir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər