16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiya general-polkovniki Yerevana göndərib
Tarix: 26-01-2021 14:39 | Bölmə: Dünya
Rusiya general-polkovniki Yerevana göndərib

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini, general-polkovnik Sergey İstrakovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 25-də Ermənistana gəlib.

Reyting.az
xəbər verir ki, Moskvadan Yerevana gələn hərbçilərdən ibarət nümayəndə heyəti Ermənistan-Rusiya hərbi əməkdaşlığının bütün sahələrində qərargah danışıqları aparacaqlar.

Nümayəndə heyətinin Ermənistan-Rusiya hərbi əməkdaşlığının bütün sahələri üzrə istiqamətləri müzakirə edəcəyi bildirilir.



Moskvadan gələn nümayəndə heyəti dünən Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyan tərəfindən qəbul edilib.

Rusiya Baş qərargahı rəisinin müavini, general-polkovnik İstrakov Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-polkovnik Onik Qasparyanla da müzakirələr aparıb.

Məlumata görə, müzakirələrdə qarşıdakı işlərin əhatə dairəsi və istiqamətləri diqqətə alınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}