16:39 / 28-11-2024
Sabah qar yağacaq
Gürcüstanın Baş naziri İran XİN başçısı ilə regiondakı vəziyyəti müzakirə edib
Tarix: 28-01-2021 17:22 | Bölmə: Dünya
Gürcüstanın Baş naziri İran XİN başçısı ilə regiondakı vəziyyəti müzakirə edib

Gürcüstanın baş naziri Giorgi Qaxariya İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Görüşdə bölgədə vəziyyət və baş vermiş son hadisələr müzakirə olunub.

Tərəflər bölgənin iqtisadi inkişafında və sabitliyin təmin olunmasında Gürcüstanın vacib rolunu nəzərdən keçiriblər.

Görüşdə ikitərəfli və regional münasibətlərə də toxunulub. İkitərəfli münasibətlər kontekstində ticari-iqtisadi əlaqələrin inkişafı, iki ölkə arasında nəqliyyat əlaqələri, mövcud potensialın istifadəsi və bu sahədə mövcud problemlərin zamanında həllinə dair fikir mübadiləsi aparılıb.

Danışıqlar zamanı hər iki ölkədə pandemiya ilə balı vəziyyət və gələcək planlar da müzakirə olunub.

M.C.Zərif İranın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qəti dəstəyini təsdiqləyib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər