16:39 / 28-11-2024
Sabah qar yağacaq
Myanmada hərbçilər 11 naziri vəzifədən kənarlaşdırıb
Tarix: 02-02-2021 11:42 | Bölmə: Dünya
Myanmada hərbçilər 11 naziri vəzifədən kənarlaşdırıb

Myanmada dövlət çevrilişi həyata keçirən hərbçilər 11 naziri tutduğu vəzifədən kənarlaşdıraraq onların yerinə “öz adamları”nı təyin ediblər.

Bu barədə “Myawadi” xəbər portalı məlumat verib.

Bundan əlavə, 24 nazir müavini də vəzifəsindən uzaqlaşdırılıb. Müvafiq sənədi Myanma Silahlı Qüvvələrinin Baş Komandanı Min Aunq Hlayn imzalayıb.

Məlumata görə, Xarici İşlər, Maliyyə, Təhsil, Nəqliyyat, Səhiyyə, İttifaq İşləri, Planlaşdırma və Sərhəd Mühafizəsi nazirliklərinə yeni rəhbərlər təyin edilib.

Xatırladaq ki, fevralın 1-i səhər saatlarında Myanmada dövlət çevrilişi olub, prezident və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər