16:39 / 28-11-2024
Sabah qar yağacaq
Məhkəmə Ermənistanın "silah baronu" haqda qərar verdi
Tarix: 02-02-2021 17:02 | Bölmə: Dünya
Məhkəmə Ermənistanın "silah baronu" haqda qərar verdi

Ermənistan silahlı qüvvələrini silahla təhciz edən “Patron Davo” ləqəbli iş adamı David Qalstyan həbs olunub.

“Sputnik Armeniya” xəbər verir ki, Yerevan məhkəməsində istintaq orqanının biznesmenlə bağlı vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin edib və D.Qalstyan barəsində həbs qərarı çıxarıb/Report.

Qeyd edək ki, D.Qalstyan Ermənistan Müdafiə Nazirliyinə köhnə və yararsız mərmi tədarük etməkdə ittiham olunur. Hüquq-mühafizə orqanı fevralın 1-də onu saxlayıb. Məlumata görə, “Patron Davo”nun şirkəti nazirliyə 1983-1986-cı illərdə istehsal olunan topların yerinə 1977-ci ildə Çexiyada istehsal olunan eyni təyinatlı hərbi texnika satıb.

“Silah baronu” sayılan D.Qalstyan dövlətə 523 milyon dram (1,08 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurub. Bir müddət əvvəl MTX D.Qalstyan barəsində cinayət işinin başladığına dair məlumat yaymışdı.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər