16:39 / 28-11-2024
Sabah qar yağacaq
ABŞ dövlətinə aid mərkəzə kiberhücum olub
Tarix: 03-02-2021 08:50 | Bölmə: Dünya
ABŞ dövlətinə aid mərkəzə kiberhücum olub

Çindən olduqları ehtimal edilən hakerlər “SolarWinds” proqram təminatındakı boşluqdan istifadə edərək ABŞ dövlət şəbəkəsinə aid kompüterləri sındırıblar.

Bu barədə özəl mənbələrə istinadla “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ABŞ Kənd Təsərrüfatı Nazirliyinin tərkib hissəsi olan Milli Maliyyə Mərkəzinin kompüterlərinə haker hücumu olduğunu aşkar ediblər. Qurumun bir neçə min əməkdaşının məlumatlarının təhlükə altında ola biləcəyi deyilir.

Çin Xarici İşlər Nazirliyi isə bütün kiberhücum və oğurluq ittihamlarını qəti şəkildə rədd edir.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər