16:39 / 28-11-2024
Sabah qar yağacaq
BMT Təhlükəsizlik Şurası Myanmaya qarşı qətnamə qəbul edə bilməyib
Tarix: 03-02-2021 18:02 | Bölmə: Dünya
BMT Təhlükəsizlik Şurası Myanmaya qarşı qətnamə qəbul edə bilməyib

Ötən gün BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkə Myanmadakı hadisələri müzakirə etmək üçün toplansa da, bununla bağlı qətnamə qəbul etmək mümkün olmayıb.

"Politico” xəbər verir ki, qətnamə özündə “hərbi çevrilişin pislənməsi” və “qeyri-qanuni saxlanılanların dərhal azadlığa buraxılması”nı ehtiva edib.

Bildirilib ki, Çin və Rusiya BMT-nin Myanmadakı hərbi çevrilişin pislənməsi qətnaməsini qəbul edilməsinə mane olub. Belə ki, “Associated Press”in məlumatına görə, Moskva və Pekin nümayəndələri qətnamənin lehinə səs vermək üçün öz ölkə rəhbərliklərindən müvafiq icazə almağın lazım olacağını deyiblər.

“Çin və Rusiya əlavə vaxt istəyib”, - diplomatik mənbə “France-Presse” agentliyinə bildirilib.

Qeyd edək ki, Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi qətnamənin qəbulunun ertələnməsinə nail ola və ya sənədə veto qoya bilərlər/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər