16:39 / 28-11-2024
Sabah qar yağacaq
BMT hərbçilərə çağırış etdi: “Hər kəsi azad edin!”
Tarix: 04-02-2021 08:06 | Bölmə: Dünya
BMT hərbçilərə çağırış etdi: “Hər kəsi azad edin!”

BMT-nin Baş katibi Antoniu Quterreş Myanmada hakimiyyət çevrilişi edənləri saxlanılan hər kəsi azad etməyə çağırıb.

Baş katib “The Washington Post” qəzetinə müsahibəsində deyib ki, demokratiyanın tərəqqiyə nail ola biləcəyinə ümid edir, amma bunun üçün bütün məhbuslar azad edilməli, konstitusiya quruluşu bərpa olunmalıdır.

BMT rəhbəri hərbçilərin onların rəhbərliyi altında olan ölkənin perspektivsizliyini anlayacaqlarına ümidini də ifadə edib.

Baş katib bu çevrilişin uğursuz olmasını təmin etmək üçün Myanmaya kifayət qədər təzyiq göstərmək üçün lazım olanları edəcəyini bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər