16:39 / 28-11-2024
Sabah qar yağacaq
Fransada üçüncü dəfə karantin tətbiq oluna bilər
Tarix: 06-02-2021 13:41 | Bölmə: Dünya
Fransada üçüncü dəfə karantin tətbiq oluna bilər

Fransada koronavirusla bağlı epidemioloji vəziyyət kəskinləşərsə, hökumət 3-cü dəfə karantin tətbiq etməyi düşünür.

“Ouest-France” xəbər verir ki, bu barədə Baş nazir Jan Kasteks müsahibəsində bildirib.

“Bu epidemiyanı üçüncü karantin tətbiq etmədən dəf edə biləcəyimizə heç kim arxayın ola bilməz. Bəli, son günlər Fransada epidemiya səngiyib. Buna hökumətin bir neçə həftə ərzində gördüyü tədbirlər sayəsində nail ola bilmişik. Vəziyyət kəskinləşsə, yeni karantin tətbiq olunacaq”, – o deyib.

Hökumət başçısı sosial, humanitar, hətta sanitariya sahələrində mənfi fəsadlar da doğurduğu bilinən karantini “son çarə” olaraq dəyərləndirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər