09:33 / 27-06-2025
Qaxda zəlzələ olub
Rusiyada İŞİD üzvləri saxlanılıb
Tarix: 07-02-2021 12:03 | Bölmə: Dünya
Rusiyada İŞİD üzvləri saxlanılıb

Rusiyanın Stavropol diyarında İŞİD terror təşkilatının beş üzvü saxlanılıb.

“İnterfaks” xəbər verir ki, onlar arasında həddi-buluğa çatmayan da var.

"Ötən həftə Stavropol diyarında terror qrupunun aşkarlanması üzrə operativ-axtarış tədbirləri keçirilib. Nəticədə İŞİD terror təşkilatına sədaqət andı içmiş beş gənc saxlanılıb", - mənbə agentliyə bildirib.

"Hazırda qrup üzvlərinin terror cinayətlərində iştirakı araşdırılır, onların terrorçularla mümkün əlaqələri müəyyənləşdirilir", - mənbə əlavə edib/Report.




Bölməyə aid digər xəbərlər