16:39 / 28-11-2024
Sabah qar yağacaq
CHP-nin daha bir funksioneri partiyadan istefa verib
Tarix: 08-02-2021 17:22 | Bölmə: Dünya
CHP-nin daha bir funksioneri partiyadan istefa verib

Türkiyənin Cümhuriyət Xalq Partiyasının (CHP) rəhbər şəxslərindən biri, deputat Məhərrəm İncə partiyadan ayrılıb.

Türkiyə KİV-ləri xəbər verir ki, M. İncə yeni siyasi təşkilat yaradacağını deyib.

İncə onu müxalifəti parçalamaqda ittiham edənlərə cavabında bildirib ki, yaradacağı yeni siyasi qüvvə prezident Rəcəb Tayyib Ərdoğana qarşı olacaq.

M. İncə deyib ki, bu gün CHP-dən istefa verir: “Orada 42 illik əməyim olub, həftə içində istefa ərizəmi yazılı formada göndərəcəyəm. Ərdoğana qarşı ikinci tura çıxan istənilən siyasi qüvvəyə səs verəcəyik. Böyük problemlər köhnə metodlarla həll olunmur. Biz yeni Türkiyə yaradacağıq”.

Xatırladaq ki, son günlər azı 3 CHP-li deputat partiyadan ayrılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər