16:39 / 28-11-2024
Sabah qar yağacaq
DİN başçısı: "Onu tutub min parçaya bölməzsək, bu millət və şəhidlərimiz üzümüzə tüpürsün"
Tarix: 14-02-2021 20:45 | Bölmə: Dünya
DİN başçısı: "Onu tutub min parçaya bölməzsək, bu millət və şəhidlərimiz üzümüzə tüpürsün"

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu PKK tərəfindən qaçırılaraq İraqın Qara bölgəsində şəhid edilən 13 türklə bağlı sərt bəyanat verib.

Reyting.az
Haberler.com-a istinadla xəbər verir ki, nazir açıqlamasında PKK-nın lideri Murad Karayılanı min hissəyə böləcəklərini bəyan edib:

"6 il əvvəl PKK tərəfindən qaçırılan və Şimali İraqda girov saxlanılan 13 övladımız alçaqca şəhid edilib. Bunun üzərinə hələ də PKK-nı "təmizləməyə" çalışan, PKK ilə eyni açıqlamanı verməkdən utanmayan şərəfsizlər var. Övladlarımıza və ailələrinə çəkdirdiklərinin hesabı soruldu, sorulacaq. Murad Karayılanı tutub min parçaya bölməzsək, bu millət və şəhidlərimiz üzümüzə tüpürsün".

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər