16:39 / 28-11-2024
Sabah qar yağacaq
İran nüvə sazişi ilə bağlı əlavə protokolun icrasına son verəcək
Tarix: 16-02-2021 13:50 | Bölmə: Dünya
İran nüvə sazişi ilə bağlı əlavə protokolun icrasına son verəcək

İran fevralın 23-dən etibarən nüvəsizləşdirmə (NPT) konvensiyasının “Əlavə olunmuş protokol”unun icrasına rəsmi olaraq son verəcək.

Bu barədə İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri və daimi nümayəndəsi Kazım Qəribabadi məlumat verib.

“İran bu addımı ölkə parlamentinin sanksiyaları ləğv etmək üçün qəbul etdiyi qanunun icrası istiqamətində atıb”, - deyə o vurğulayıb.

K. Qəribabadi qeyd edib ki, İran nüvə sazişinin 26 və 36-cı bəndlərini rəhbər tutaraq, eyni zamanda, anlaşmanın digər tərəflərinin İrana qarşı sanksiyaları ləğv etmək üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən bu planı həyata keçirməyə qərar verib.

Qeyd edək ki, İran parlamenti hökumətdən ABŞ-ın yeni administrasiyasının fəaliyyətə başlamasından bir ay sonra Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcəyi təqdirdə nüvəsizləşdirmə (NPT) konvensiyasının “Əlavə olunmuş protokol”unun könüllü tətbiqinə son qoymasını tələb edib. Nüvə sazişinə uyğun olaraq, İran Ə0lavə Protokolu 8 il müddətinə və razılaşmanın başa çatmasına qədər könüllü olaraq həyata keçirməyi qəbul edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər