16:39 / 28-11-2024
Sabah qar yağacaq
Baqdasaryan əsirlərlə bağlı məlumat verməkdən yayınıb
Tarix: 17-02-2021 19:08 | Bölmə: Dünya
Baqdasaryan əsirlərlə bağlı məlumat verməkdən yayınıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanda əsirlikdə olan erməni hərbi qulluqçularının və mülki şəxslərin yaxınları ilə görüşdə onların qaytarılması üçün görülən işlərdən danışıb.

Reyting.az
erməni mediasına istinadla xəbər verir ki, bu barədə həmin görüşdə iştirak edən “Mənim addımın” fraksiyasından olan deputat Nazeli Baqdasaryan bildirib.

Deputat rəsmi İrəvanın əsirləri qaytarmaq üçün işlər gördüyünü, hətta beynəlxalq qurumlarda bu məsələni qaldırdıqlarını qeyd edib.

Bununla belə Baqdasaryan Paşinyan və əsir düşən erməni hərbçilərinin valideynlərinin görüşü haqda təfərrüatları açıqlamaqdan imtina edib. Əmin olduğunu bildirib ki, əsirlərin yaxınları suallarına cavab ala bilib.

“Mövzu çox həssasdır və hər hansı bir məlumat bizə qarşı istifadə edilə bilər”,-Paşinyanın görüşündə iştirak edən Baqdasaryan bildirib.

O, əlavə edib ki, tərəflər arasında imzalanan razılaşmada əsirlərin geri qaytarılmasını təmin edən səkkizinci bənd var və bunun baş tutması üçün səylərini davam etdirirlər.

Xatırladaq ki, 10 noyabr razılaşmasından sonra erməni tərəfi atəşkəsi pozmağa və Hadrut istiqamətində terror-təxribat fəaliyyətinə cəhd edib. Terrorçulara layiqli cavab verən Azərbaycan Ordusu onlarla terrorçunu əsir götürüb. Bu şəxslər Azərbaycan sərhədini pozmaqda, terrorçuluqda ittiham olunurlar.

Erməni mediası isə iddia edir ki, Azərbaycanda yüzlərlə erməni əsiri var.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər