16:39 / 28-11-2024
Sabah qar yağacaq
“Gürcü Arzusu”: növbədənkənar seçkilərin keçirilməsi tələbi əsassızdır
Tarix: 18-02-2021 14:25 | Bölmə: Dünya
“Gürcü Arzusu”: növbədənkənar seçkilərin keçirilməsi tələbi əsassızdır

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası müxalifətin növbədənkənar parlament seçkiləri ilə bağlı tələblərini əsassız hesab edir.

Bunu partiya üzvü Givi Mikanadze deyib.

Onun sözlərinə görə, bununla bağlı çağırışlar arqumentlərdən məhrumdur.

Partiya rəsmisi ötən il parlament seçkilərinin ədalətli keçirildiyini qeyd edib.

“Gürcü Arzusu”nun digər nümayəndəsi, parlamentin Hüquqi məsələlər üzrə komitəsinin sədri Mixeil Sarcveladze isə hesab edir ki, ölkədəki proseslər növbədənkənar seçkilərlə nəticələnməyəcək.

Qeyd edək ki, baş nazir Giorgi Qaxariyanın istefasından sonra Gürcüstan müxalifəti növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər