16:39 / 28-11-2024
Sabah qar yağacaq
Ermənistan müxalifətinin Baş nazir postuna namizədinə cinayət işi açılıb
Tarix: 22-02-2021 17:31 | Bölmə: Dünya
Ermənistan müxalifətinin Baş nazir postuna namizədinə cinayət işi açılıb

Ermənistan prokurorluğu ölkənin müxalifət lideri və Baş nazir postuna namizəd Vazgen Manukyana qarşı cinayət işi açıb.

Reyting.az
xəbər verir ki, cinayət işi Manukyanın 20 fevral mitinqi zamanı dövlət binalarının ələ keçirilməsi və qiyamla bağlı “B” planı haqqında fikirlərinə görə açılıb.

Xatırladaq ki, Manukyan 20 fevral mitinqində müxalifətin indiki hökumətin əsas dayaq sütunlarının sökülməsini ehtiva edən “A” planı ilə yanaşı “B” planına da malik olduğunu bəyan etmişdi.

Manukyan bildirib ki, hər an ildırım sürətilə hakimiyyətin ələ keçirilməsinə hazır olmalıyıq. O, “A” planına uyğun addımların atılacağına da diqqət çəkib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər