16:39 / 28-11-2024
Sabah qar yağacaq
Köçəryanın məhkəmə dinləməsi təxirə salınıb
Tarix: 23-02-2021 16:23 | Bölmə: Dünya
Köçəryanın məhkəmə dinləməsi təxirə salınıb

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın məhkəmə dinləməsi martın 2-dək təxirə salınıb.

TASS xəbər verir ki, baş nazirin müavini Armen Gevorkyanın vəkili Erik Aleksanyan iclasa gəlmədiyi üçün dinləmə təxirə salınıb.

Qeyd edək ki, iyunun 18-də məhkəmə 4 mln ABŞ dolları məbləğində girov qarşılığında Robert Köçəryanın azadlığa buraxılması barədə qərar qəbul etmişdi.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarkisyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Hadisə ilə bağlı keçmiş prezident Robert Köçəryanla yanaşı, baş nazirin keçmiş müavini Armen Gevorkyan, keçmiş müadiə naziri Seyran Ohanyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Yuri Xaçaturov da ittiham olunurlar.

Nikol Paşinyan Ermənistanın Baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Köçəryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunmuşdu/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər