Rusiyada COVID-19-a yoluxma sayı 6 milyonu ötüb
Tarix: 21-07-2021 14:44 | Bölmə: Dünya
Rusiyada COVID-19-a yoluxma sayı 6 milyonu ötüb

Rusiyada son 24 saatda koronavirusdan 784 nəfər vəfat edib.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Koronavirusla qarşı mübarizə üzrə Əməliyyat Qərargahı məlumat yayıb.

Bununla da bütün pandemiya dövründə ölənlərin sayı 149.211 nəfərə çatıb.

COVİD-19-dan ölənlərin sayında Moskva liderlik edir: son 24 saatda 101 nəfər.

Yoluxma sayında da Rusiya paytaxtı liderdir – 3.188.

Ölkədə koronavirusa yoluxanların ümüumi sayı isə 6 milyon 006.536 nəfərə çatıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}