Rusiya prezidenti Qırğızıstanda səfərdədir - Foto
Tarix: 09-12-2022 09:46 | Bölmə: Dünya
Rusiya prezidenti Qırğızıstanda səfərdədir

Rusiya prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi İttifaqının iclasında iştirak etmək üçün Qırğızıstana gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, iclas iştirakçıları ümumi qaz bazarının formalaşdırılması, energetika sektorunda idarələrarası şuranın yaradılması, Avrasiya İqtisadi İttifaqı məkanında inteqrasiyanın daha da dərinləşdirilməsi və vahid xidmətlər bazarının inkişafı məsələlərini müzakirə edəcəklər.

Əsas müzakirə mövzularından biri də birlik və BƏƏ arasında potensial azad ticarət sazişinin olacağı bildirilir.

Sammit çərçivəsində Rusiya lideri həmkarları ilə ikitərəfli formatda danışıqlar aparacaq.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}