Avropa İttifaqı Ermənistanla sərhəddəki missiyanın müddətini uzadır
Tarix: 09-12-2022 15:09 | Bölmə: Dünya
Avropa İttifaqı Ermənistanla sərhəddəki missiyanın müddətini uzadır

Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədindəki müşahidəçi missiyasının uzadılmasını müzakirə edir.

“Sputnik Armenia” xəbər verir ki, bunu adını açıqlamayan yüksək səviyyəli avropalı diplomat bildirib.

Diplomat deyib ki, Avropa İttifaqı missiyanın işini müsbət hesab edir.

Qeyd edək ki, Aİ-nin Ermənistanın Azərbaycanla sərhədindəki müşahidəçi missiyası oktyabrın 17-də fəaliyyətə başlayıb. Missiyanın işi dekabrın 19-da başa çatır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}