İrana qarşı əlavə sanksiyalar tətbiq olunub
Tarix: 12-12-2022 21:22 | Bölmə: Dünya
İrana qarşı əlavə sanksiyalar tətbiq olunub

Avropa İttifaqı (Aİ) İrana qarşı əlavə sanksiyalar tətbiq edib.

Reyting.az
xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında qeyd olunub.

Bildirilib ki, İran İslam Respublikasında insan haqlarının pozulması və Tehranın Ukrayna münaqişəsində Rusiyaya dəstək verməsi ilə əlaqədar İrana qarşı əlavə sanksiyalar tətbiq edilib.

“Aİ 20 nəfəri və 1 hüquqi şəxsi sanksiyalar siyahısına daxil etməlidir. Avropa İttifaqı Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə israrlıdır”, - deyə sənəddə vurğulanıb.

“Rusiyaya pilotsuz təyyarələrin istehsalı və tədarükü ilə əlaqəli olanlar “qara siyahı”ya salınmalıdır”, - deyə sənəddə qeyd edilib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}