Kreml: "Ukrayna ilə atəşkəs mövzusu gündəmdə deyil"
Tarix: 14-12-2022 15:00 | Bölmə: Dünya
Kreml: "Ukrayna ilə atəşkəs mövzusu gündəmdə deyil"

Kiyevdən Yeni il atəşkəsi ilə bağlı heç bir təklif daxil olmayıb, belə bir mövzu gündəmdə deyil.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Xeyr, heç kimdən heç bir təklif daxil olmayıb. Belə bir mövzu gündəmdə deyil", - Peskov Rusiya hakimiyyətinin Yeni il və ya Milad bayramında atəşkəs haqqında fikirləşib-fikirləşmədiyini və Ukrayna tərəfdən belə bir təklif daxil olacağı təqdirdə qəbul edib-etməyəcəyi sualına cavabında vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}