14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Erməni spiker: "Rusiya ya bacarmır, ya istəmir, ya da..."
Tarix: 21-12-2022 16:28 | Bölmə: Dünya
Erməni spiker: "Rusiya ya bacarmır, ya istəmir, ya da..."

“Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin Təhlükəsizlik Şurasındakı çıxışını mənfi qiymətləndirirəm”.

“Baqramyan26” xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzyanın dekabrın 20-də şuradakı çıxışına münasibət bildirəkən deyib.

Onun sözlərinə görə, Ermənistanla sıx əlaqəsi olmayan ölkələrin nümayəndələri daha məqsədyönlü çıxış edib. Sədr bildirib ki, müttəfiq olan Rusiya təmsilçisinin çıxışı qaneedici deyil:

“Hesab edirəm ki, Rusiya Federasiyası ya bacarmır, ya istəmir, ya da eyni zamanda bacarmır və istəmir. Mən təəccüblənmirəm, son hadisələr göstərdi ki, Rusiya Federasiyası tərəfindən də oxşar reaksiya olacaq”/Report.

Qeyd edək ki, Ermənistanın təklifi ilə dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}