İrana bu gün Avropaya yeni sanksiyalar tətbiq edəcək
Tarix: 26-12-2022 12:34 | Bölmə: Dünya
İrana bu gün Avropaya yeni sanksiyalar tətbiq edəcək

İran bu gün Avropa İttifaqına qarşı yeni sanksiyalar tətbiq edəcək.

Reyting.az
-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

N. Kənani bildirib ki, İran İslam Respublikası bəzi ölkələrin, eləcə də Avropa İttifaqının qeyri-konstruktiv davranışlarını nəzərə alaraq çəkindirici tədbirlərdən istifadə edəcək.

"Bu gün də eyni çərçivədə Avropa İttifaqının bəzi şəxsləri və qurumlarına qarşı sanksiya tətbiq edəcəyik".

XİN rəsmisi sanksiyaların Böyük Britaniyaya qarşı da tətbiq ediləcəyini deyib.

N. Kənani Qərbin İrana sanksiyaların ləğvi ilə bağlı razılığa gəlmək üçün imkanlar olduğunu söyləyib.

O bildirib ki, konstruktiv addımlar atılsa, sanksiyaların ləğvi ilə bağlı razılığa gəlmək şansı var.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər