Rusiya Xersondakı doğum evini atəşə tutub
Tarix: 28-12-2022 00:09 | Bölmə: Dünya
Rusiya Xersondakı doğum evini atəşə tutub

Rusiya işğalçı qoşunları işğaldan azad edilmiş Xerson şəhərinin mülki infrastrukturunu atəşə tutmağı dayandırmır. Çərşənbə axşamı, dekabrın 27-də onlar yenidən xəstəxananın doğum şöbəsinə zərbə endiriblər.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko teleqramda bildirib.

“Bu gün 2 körpənin doğulduğu yer atəşə tutulub. Hücumdan əvvəl həkimlər qeysəriyyə əməliyyatını başa çatdıra biliblər. Müəssisədə doğuşdan sonra 5 qadın var”, - o yazıb.

Timoşenko qeyd edib ki, möcüzəvi şəkildə düşmənin hücumu zamanı heç kim xəsarət almayıb, çünki hamı sığınacaqda idi - həm həkimlər, həm də pasiyentlər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər