Keçmiş xarici işlər naziri edam edilib
Tarix: 04-01-2023 22:10 | Bölmə: Dünya
Keçmiş xarici işlər naziri edam edilib
Li Yonq Ho

Şimali Koreyanın keçmiş xarici işlər naziri Li Yonq Ho və bir neçə diplomat edam edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” nəşri məlumat yayıb.

Bildirilir ki, Şimali Koreyanın Böyük Britaniyadakı səfirliyinin işindəki “problem”lər diplomatların da edam edilməsinə səbəb ola bilər. Həmin diplomatlar müxtəlif vaxtlarda səfirlikdə işləyiblər.

Qeyd olunur ki, Li Yonq Ho 2016-2020-ci illərdə Britaniyada səfir vəzifəsində çalışıb.

Li Yonq Ho Şimali Koreyanın nüvə proqramı ilə bağlı altıtərəfli danışıqlarda ölkəsini təmsil edib. O, 2020-ci ildə xarici işlər naziri vəzifəsindən azad edilib.

Sabiq nazirin edam olunması ilə bağlı rəsmi açıqlama verilməyib.(Modern.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər