ABŞ-ın rəsmi sənədlərində Türkiyənin adı yeni qaydada yazılacaq
Tarix: 06-01-2023 23:02 | Bölmə: Dünya
ABŞ-ın rəsmi sənədlərində Türkiyənin adı yeni qaydada yazılacaq

ABŞ Dövlət Departamenti sənədlərdə Türkiyənin adının yazılış qaydasını dəyişib.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmiləri bildiriblər.

Məlumata görə, bundan sonra Türkiyə “Turkey” deyil, “Turkiye” kimi yazılsa da, tələffüz dəyişməyəcək.

Onu da qeyd edək ki, yanvarın sonunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Vaşinqtona səfəri nəzərdə tutulur. Səfər çərçivəsində XİN rəhbəri Ankaranın Ukrayna böhranı, Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı mövqeyini müzakirə edəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər