İstanbulda 189 illik erməni kilsəsində yanğın: 2 nəfər yanaraq ölüb
Tarix: 24-01-2023 09:49 | Bölmə: Dünya
İstanbulda 189 illik erməni kilsəsində yanğın: 2 nəfər yanaraq ölüb

İstanbul şəhərinin Beyoğlu rayonunda yerləşəm 189 illik erməni kilsəsinin yataqxanasında güclü yanğın baş verib.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, gecəyarısı baş verən yanğın yerinə Bəyoğlunun icra başçısı ilə Mustafa Demirellə Türkiyə Erməni Katolik İcmasının lideri Levon Zekiyan da gəlib.

Məlumata görə, Karaköy məhəlləsində "Surp Pırgiç" erməni katolik kilsəsinin yataqxana hissəsindəki yanğının söndürülməsi səhərədək davam edib.

4 saatlıq yanğın nəticəsində iki nəfər yanaraq ölüb, daha iki yaralı isə xəstəxanaya qaldırılıb.

Yanğının dəqiq səbəbi bəlli deyil.

Elxan KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}