Hollandiyanın səfiri Türkiyə XİN-ə çağırılıb - Quran kitabının yandırılmasına görə
Tarix: 24-01-2023 13:00 | Bölmə: Dünya
Hollandiyanın səfiri Türkiyə XİN-ə çağırılıb - Quran kitabının yandırılmasına görə

Hollandiyada təşkilat rəhbərinin Quran kitabını yandırması rəsmi Ankaranın etirazına səbəb olub.

Reyting.az
xəbər verir ki, bu gün həmin hadisəyə görə Hollandiyanın Ankaradakı səfiri Joep Vijnand Türkiyə XİN-ə çağırılıb.

Məlumata görə, XİN-də səfirə inancların təhqirinə etiraz olunub və belə hərəkətlərin yolverilməz olduğu xatırlanıb.

Xatırladaq ki, dünən Hollandiyadakı "Pegida" təşkilatnın lideri Edvin Vagensveld parlamentin qarşısında müqəddəs kitabı yandırıb.

Onu da xatırladaq ki, təşkilat lideri 2 il əvəvl bu hərəkətinə görə inzibati qaydada cəzalandıırlıb.

E.ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər