Peskov: “Putinlə Zelenski arasında heç bir təmas yoxdur”
Tarix: 25-01-2023 08:40 | Bölmə: Dünya
Peskov: “Putinlə Zelenski arasında heç bir təmas yoxdur”

Kremlin sözçüsü bəyan edib ki, artıq bir neçə ildir Rusiya prezidenti Ukraynanın dövlət başçısı ilə danışmayıb.

Reyting.az
Rusiya mediasına istinadla xəbər verir ki, dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistin bununla bağlı sualını cavablandırarkən bildirib:

“Doğrudur, Rusiya prezidenti artıq bir neçə il olar Ukrayna rəhbərliyi ilə ünsiyyətdə olmayıb. Onlar axırıncı dəfə 2019-cu ldə Parisdə keçirilən Normand formatlı Sammitdə görüşüblər. O zaman ikitərəfli təmaslar baş tutdu və Vladimir Putin prezidentlər Zelenski, Makron və Almaniyanın o zamanki kansleri Angelo Merkellə danışmışdı”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}