Keçmiş nazirin Ərdoğanın "Get, pampersini sat" sözünə cavabı: "Uduzmaq qorxusu var"
Tarix: 25-01-2023 10:39 | Bölmə: Dünya
Keçmiş nazirin Ərdoğanın "Get, pampersini sat" sözünə cavabı: "Uduzmaq qorxusu var"

Türkiyə prezidenti Ərdoğanın "Bayraktar" şirkəti ilə bağlı təhdid açıqlaması verən DEVA Partiyasının lideri Ali Babacana "Ya sən bu işləri haradan biləcəksən? Get, uşaq pampersini sat" xəbərdarlığına qarşı tərəfdən sərt cavab verilib.

Reyting.az
xəbər verir ki, TV-lərin birində verilişə qatılan Babacan bu barədə verilən sualı cavablandırıb: "İstər uşaq pampersi satın, istər sucuq, istər biskvit. Əsas odur ki, halal qazancdır. Yüz minlərlə qəssab, market, dükandan halal yolla qazanan insanlar var. Ərdoğan isə halal yolla qazanılanı aşağılayır öz aləmində. Təkrar edirəm, qazancın haradan gəldiyi deyil, halal olub-olmaması əsasdır".

Babacan daha sonra Ərdoğanın son illər qəzəbli davranışlarının uduzmaq qorxusundan irəli gəldiyini iddia edib: "Bu üslub var ha, tamamilə uduzmağın verdiyi qorxunun üslubudur. Eyni zamanda, DEVA Partiyasının güclənməsinin sübutudur. Əvvəlllər o, bizi görməzdən gəlirdi, yox sayırdı, hətta mediaya təlimat verirdi ki, bizi gündəmə gətirməsinlər. Amma gördü ki, bunların xeyri yoxdur, çabası yetərsizdir".

Xatırladaq ki, Ali Babacan 15 il Ərdoğan iqtidarında iqtisadi sahəyə rəhbərlik edən nazir olub.

E.ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər