Ağ Ev NATO-ya Rusiya tərəfdən təhlükə görmür
Tarix: 26-01-2023 08:47 | Bölmə: Dünya
Ağ Ev NATO-ya Rusiya tərəfdən təhlükə görmür

“Birləşmiş Ştatlar Rusiya tərəfdən NATO ölkələrinə qarşı hər hansı təhlükə gözləmir”.

Reyting.az
xəbər verir ki, bu sözləri jurnalistlərə rəsmi Vaşinqtonun Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi söyləyib.

Onun sözlərinə görə, Vaşinqton Rusiya prezidenti Vladimir Putinin Şimali Atlantika alyansına daxil olan ölkələrin ərazisinə “zərbələr planlaşdırdığına dair tamamilə heç bir göstəriş və ya əlamət” görmür.

Qeyd edək ki, bu yaxınlarda ABŞ Konqresinin respublikaçı senatoru Con Kornin bəyan edib ki, Almaniyanın Ukrayna hakimiyyətinə hərbi yardımı genişləndirməyi istəməməsi bu ölkənin Şimali Atlantika alyansının üzvü kimi etibarlılığı və prinsiplərə sadiqliyi məsələsini ortaya qoyur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər