24 dövlət qulluqçusu ədliyyə nazirini məhkəməyə verib
Tarix: 26-01-2023 08:57 | Bölmə: Dünya
24 dövlət qulluqçusu ədliyyə nazirini məhkəməyə verib

Birləşmiş Krallığın Baş nazirinin müavini və eyni zamanda ədliyyə naziri Dominik Raabdan məhkəməyə şikayət daxil olub.

Reyting.az
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat dərc edib. Nəşrin yazdığına görə, 24 dövlət qulluqçusu kobud davranışı əsas tutaraq Baş nazirin müavinindən şikayətçidir.

Məlumatda o da qeyd edilir ki, çinovnikdən şikayətin əsas səbəbi onun işdə uyğun sayılmayan davranışıdır.

Mənbə şikayət ərizələrinin ümumi sayının 30-a çatacağını istisna etməyib.

Məhkəməyə üz tutanlar iddia edirlər ki, Raab mütəmadi olaraq “ləyaqətlərini alçaldır”, həmçinin özünü çox kobud və təcavüzkar aparır. Onların dediyinə görə, hər dəfə iclasqabağı özlərini pis hiss edirlər, bəzilərində hətta özünəqəsd düşüncələri əmələ gəlirmiş...

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər