MHP liderinin köməkçisi qətlə görə saxlanılıb - "Sinan Ateş cinayəti" siyasiləri cənginə alır
Tarix: 26-01-2023 14:48 | Bölmə: Dünya
MHP liderinin köməkçisi qətlə görə saxlanılıb - "Sinan Ateş cinayəti" siyasiləri cənginə alır

27 gün əvvəl Ankarada güllələnərək öldürülən "Ülkü Ocakları"nın keçmiş başqanı Sinan Ateşin qətlində şübhəli bilinən daha iki nəfər saxlanılıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, saxlanılanlardan biri MHP lideri Dövlət Bahçelinin xüsusi məsələələr üzrə köməkçs Emre Yükselin olduğu qeyd olunub.

Digər saxlanılan şəxs isə ülkücü olduğu deyilən Tolqahan Demirbaşdır.

Məlumata görə, bununla da qətldə iştirakda günahlandırılaklaraq saxlanıanların sayı 17-yə çatıb.

Son məlumata görə, MHP tutulan Emre Yükselin partiyaya ilə bağlı hər hansı bağının olmadığını açıqlayıb: "MHP sədrinin bu adda xüsusi məsələlər üzrə köməkçisi yoxdur, olmayıb".

Sosial şəbəkə istifadəçiləri isə bu açıqlamanı doğru saymayıblar.

Xatırladaq ki, üç gün əvvəl partiyasının qrup toplantısından çıxan MHP lideri Devlet Bahçeli Sinan Ateşin qətli barədə sualı eşidər-eşitməz çox sərt reaksiya verib. Belə ki, sualı tam dinləmədən qadın müxbirin mikrafonunu geri itələyərək deyib: "Hadi, işinə bax, hadi buradan".

Dünən isə Türkiyə Böyük Milllət Məclisində partiyasının qrup toplantısında çıxış edən İYİ partiyanın sədri Meral Akşener prezident Ərdoğana xitabən bu cinayət işinin tezliklə üstünün açılmasını tələb edib: "Ərdoğan, sənə səslənirəm: idarə edə bilmədiyin dövlətin içində nələr olur? Gerçəklər ortaya çıxana qədər bu olayın izindəyik".

E.ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər