Pxenyan Stoltenberqin Seula səfərini müharibənin “prelyudası” sayır
Tarix: 30-01-2023 09:50 | Bölmə: Dünya
Pxenyan Stoltenberqin Seula səfərini müharibənin “prelyudası” sayır

Koreya Xalq Demokratik Respublikası NATO Baş katibinin Seula və Tokioya səfərlərinin Asiya-Sakit Okean regionunda vəziyyəti gərginləşdirəcəyini açıqlayıb.

Reyting.az
xarici elektron resurslara istinadla xəbər verir ki, Pxenyan rəsmiləri Şimali Atlantika alyansının baş katibinin Cənubi Koreya və Yaponiyaya səfərlərini, faktiki olaraq, ehtimal edilən müharibənin “prelyudası” adlandırıblar.

KXDR Beynəlxalq siyasət üzrə elmi cəmiyyətn əməkdaşı Kim Don Mönün sözlərinə görə, Seul və Tokio “çağırılmamış qonağı bölgəyə cəlb edərək, öz məqsədlərini həyata keçirməyə çalışırlar. Cənubi Koreya da, Yaponiya da anlamalıdır ki, onlar bununla təhlükəzilik sahəsində böhranı daha da yaxınlaşdırırlar”.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər