CHP lideri: "Vahid namizəd olsam, qalib gələcəyəm"
Tarix: 30-01-2023 11:53 | Bölmə: Dünya
CHP lideri: "Vahid namizəd olsam, qalib gələcəyəm"

CHP lideri Kamal Kılıçdaroğlu mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkilərində vahid namizəd olarsa, qalib gələcəyini elan edib.

Reyting.az
xəbər verir ki, o, bu barədə "Halk TV"yə müsahibəsində söz açıb.

CHP lideri vahid namizədin adının fevralın 13-də açıqlanacağını deyib.

O, "namizəd olsanız, qələbə qazanacağınıza əminsinizmi?" - sualın belə cavab verib: "Təbii ki, hər partiya öz liderini namizəd görmək istəyir. Bu, təbii istək, haqqdır. CHP-lilər də öz liderlərini namizəd, prezdent görmək istəyirlər. Burada əsas məsələ 6 liderin bir araya gələrək, vahid qərar verməsidir. Əlbəttə, namizəd olsam, seçkini qazana bilərəm. Bütün sorğular bunu göstırir, zatən".

CHP lideri bir daha Ərdoğanın növbəti dəfə prezidentliyə namizəd olmasının qanuna uyğun olmadığını təkrarlayıb: "Bütün hüquqçular belə deyir".

Xatırladaq ki, Ərdoğan 2018-də yeni sistemə keçidi vurğulayaraq, müxalifətin bu iddiasını gülünc sayıb: "Türkiyə 2018 seçimlərində yeni bir yönətim sisteminə keçdi. Yəni, xronometrəni sıfırladı. 2018-də seçilen prezident yeni sistemin ilk prezidentidir".

E.ARAZ




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}